Yuxarı

İranda türk hakimiyyəti başlamalıdır - Yeni təşkilat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Güney Türküstan Milli Şura Mərkəzi adlı təşkilat yaradılıb.

Axar.az xəbər verir ki, Təbrizdə əsası qoyulan təşkilat artıq özünün fəaliyyətə başlamasıyla bağlı bəyanat da yayıb.

Yayımlanan bəyanatda təşkilatın fəaliyyət prinsipləri, istinadlanacağı dəyərlər, eləcə də gələcək planları haqqında məlumat yer alıb.

Göytürk imperatoru Bilgə Xaqanın ifadələriylə başlayan bəyanatda İrandakı molla rejiminin artıq süqut mərhələsinə çatdığı ifadə olunub. Təşkilatın təsisçiləri İranda başlayan çətin dönəmdə azərbaycanlıların, eləcə də digər millətlərin əsas qurtuluş yolunun məhz milli düşüncədən keçdiyini bildiriblər. Bundan başqa sənəddə ölkədə artıq aylardır davam edən etirazların İranda yeni nizama ehtiyac yaratdığını və bu ehtiyacın artıq türklər üçün fürsət olduğu da vurğulanıb.

Təşkilatın bəyanatı həmçinin onun təkcə Güneydəki türk xalqlarına yox, İran coğrafiyasındakı bütün etniklərə ünvanlandığını göstərir. Sənəddə özəlliklə türk xalqlarının mövcud şərait fonunda birləşməli və birgə fəaliyyət aparmalı olduğuna dair məsələlərə də yer verilib.

Diqqət çəkən amil isə yeni yayımlanan bəyanatda İranın Güney Türküstan olaraq adlandırılması və onun uzun əsrlər boyu türk yurdu olmasına dair fikirlərin yer alması olub. Mərkəzin məhz bu fakta dayanaraq, özünə Güney Türküstan Milli Şura Mərkəzi adını götürdüyü güman edilir.

Bəyanatda həmçinin İranda Pəhləvilər dönəmindən başlayaraq iranşəhri ideologiyasının təbliğ edildiyi, mövcud dini rejimin də bu kursu davam etdirdiyi vurğulanıb. Təsisçilər iranşəhri ideologiyasını fars şovinizminin bir parçası olmaqla bərabər, onun özəlliklə türk xalqlarının sıradan çıxarılması və məhv edilməsi üçün istifadə edildiyini bəyan ediblər. Bu ideologiyaya qarşı mübarizə apardıqlarını bildirən təşkilat üzvləri həmçinin İranda artıq əsas etnik çoxluq olan türklərin hakimiyyətə gəlmə dönəminin çatdığını da xüsusi vurğulayıblar.

Bəyanatda həmçinin molla rejiminin yerinə yaradılacaq yeni dövlət sisteminin insanların haqlarını müdafiə edəcək beynəlxalq standartlara cavab verən konstitusiyasının olacağı və bütün insanların haqlarının tam şəkildə qorunacağı yer alıb. Güney Türküstan Milli Şura Mərkəzi həmçinin qadınların haqlarının qorunmasına xüsusi diqqət yetiriləcəyini və türk mədəniyyətində qadına verilən dəyərin yenidən bərpa ediləcəyini bildirib. Üstəlik təşkilat yeni yaradılacaq dövlət sistemində bütün etniklər və dini azlıqların haqlarının türk törəsinə uyğun formada qorunacağı, onların təhlükəsizliyinə hərtərəfli zəmanət veriləcəyini bildirib.

Təşkilatın liderinin kim olması ilə bağlı hələlik məlumat verilmir. Buna səbəb isə təşkilatın molla rejiminə qarşı gizli fəaliyyət aparmasıdır.

Önəmli fakt isə İranda hadisələrin başlanmasından sonra etirazlardan özünü kənarda saxlamağa çalışan güneylilərin ilk dəfə olaraq gizli formada ölkə içində təşkilatlanmasıdır. Azərbaycanlıların digər türk xalqları ilə birlikdə İranda çox böyük qüvvə olmasını nəzərə alsaq, bu artıq Təbriz başda olmaqla İrandakı Güney Azərbaycan şəhərləri, o cümlədən digər türk vilayətlərinin aktiv şəkildə İrandakı proseslərə qoşulacağı fikrini yaradır.

Tarix
2023.01.28 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla