Yuxarı

Bakı Rusiyanın variantını rədd etdi - Mirzoyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Rusiyanın variantını rədd etdi - Mirzoyan

17:42

Qarabağ məsələsinin həllinin rus variantı Azərbaycan tərəfindən rədd edildi.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında müzakirələr zamanı deyib.

“Rusiyanın nizamlanma variantında Qarabağın statusu məsələsinin sonraya saxlanılması, Qərb isə Qarabağı Azərbaycanın tərkibində saxlamağı təklif edir – bu bəyanatlar reallığı tam əks etdirmir.

Vəziyyət belədir: status məsələsinin həllinin ləngiməsini nəzərdə tutan rus variantı müzakirə olunsa da, Azərbaycan tərəfindən rədd edilib.

İndi tərəflər Qarabağın (erməni) əhalisinin hüquq və təhlükəsizliyi probleminin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasını nəzərdə tutan variant üzərində danışıqlar aparır”, - Mirzoyan bildirib.

Onun iddiasına görə, bu mexanizmlər “Xankəndi” (Qarabağın erməni icması nəzərdə tutulur – red.) və Bakı arasında birbaşa dialoq yolu ilə həyata keçirilməlidir.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri İrəvan və Bakının xırda məsələlər üzrə qarşılıqlı məqbul düsturlar tapdığını, lakin gələcək sülh müqaviləsinin əsas müddəaları üzrə mövqeləri hələ də yaxınlaşdırmaq mümkün olmadığını bildirib.

Tarix
2023.03.24 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla