Yuxarı

Moskvanın Laçın postu ilə bağlı planı nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvanın Laçın postu ilə bağlı planı nədir?

Laçın yolunda sərhəd-keçid məntəqəsini qurulmasından sonra Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsi “Moskva nə etmək istəyir” sualını da aktuallaşdırdı.

Moskvanın Qarabağdakı maraqları fonunda Bakının post gedişinin ruslar tərəfindən xoş qarşılanmadığı bəllidir, bu baxımdan, Lentsovu bölgəyə göndərən Kremlin situasiyanı dəyişmək istəyəcəyi gözlətisi var. Hərçənd, sərhəd-keçid məntəqəsindən Azərbaycan əsgərini çıxara, qaldırılan bayrağı endirə bilməyəcəkləri reallığı fonunda rusların Volkovu niyə əvəzlədiyi və nəyə nail olmaq istədiyinə fərqli kontekstdə yanaşa bilərik.

İstisna deyil ki, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Hazırda danışıqların bununla bağlı aparıldığına dair məlumatlar da var. Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağı hələlik bəlli deyil.

Lakin Volkovun geri çağırılmasının Bakı ilə müzakirələrdən qaynaqlandığı ehtimalı azdır, çünki sülhməramlıların komandanı postunda kim olmasından asılı olmayaraq, ilk dövrlərlə müqayisədə proseslərə təsir imkanı minumuma enib. Bu baxımdan Volkovun əvəzlənməsi Bakının addımına görə “günahkarın cəzalandırılması”, ermənilərin “günah keçisi”nin göstərilməsinə hesablanıb: “baş verənlər Volkovun bacarıqsızlığından qaynaqlanır, Lentsov problemləri həll edəcək”;

Məlumatlara görə, Lentsov artıq Qarabağdadır, danışıqlara rəhbərlik edir və ermənilərin ondan “gözləntisi” böyükdür. Bunun fonunda Paşinyanla Putin telefonda Laçın yoluna post qurulmasını müzakirə edib. Kremlin açıqlamasına görə, Putin Paşinyana “üçtərəfli razılaşmaların icrasının vacibliyini” çatdırıb, “təmasların davam etdirilməsi” razılaşdırılıb.

Proseslər Rusiyanın Laçın yoluna post qoyulması reallığını qəbul etdiyini göstərir.

Tarix
2023.04.26 / 17:40
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla