Yuxarı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident, əziz Qardaşım!

Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük.

Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm.

Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm.

"Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram".

Tarix
2023.05.27 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla