Yuxarı

İsrail prezidenti İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Prezidenti İsxaq Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan güclü, firavan dövlətə çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi, sabitliyin sütunu hesab olunur. Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik.

İsrail ilə Azərbaycanın strateji müttəfiqliyi və tərəfdaşlığı illər ərzində daha da güclənmiş, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanmışdır.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfirlik açmaq barədə Sizin müdrik qərarınız məni sevindirmişdir. Səfirliyin açılması Sizin atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə təsadüf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Gözəl ölkəniz barədə, onun tarixi və mədəniyyəti, Nizami Gəncəvinin poeziyası, Azərbaycanın təbiəti və görməli yerləri, xalqınızın istiqanlılığı və qonaqpərvərliyi haqqında çox eşitmişəm. Buna görə də həyat yoldaşım Mixal və mən gözəl ölkənizə səfəri, Zati-alinizlə, həmçinin birinci xanım Mehriban Əliyeva ilə görüşümüzü səbirsizliklə gözləyirik.

Azərbaycanın bu mötəbər bayramı münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi Sizdən bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram”.

Tarix
2023.05.28 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla