Yuxarı

Bakı İrəvanın BMT ümidini də puç etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Halbuki 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi.

İrəvan hesab edirdi ki:

- BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;

- Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq.

Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı.

BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Bəyanatda qeyd olunur ki, missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.

Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir.

Yeri gəlmişkən: ABŞ Dövlət Departamenti də Qarabağdan könüllü köçün “etnik təmizləmə” adlandırılmasından imtina edib.

Tarix
2023.10.03 / 15:01
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla