Yuxarı

Paşinyan Əliyevi təkrarlaya bilər: mövqeləri güclənir...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Əliyevi təkrarlaya bilər: mövqeləri güclənir...

Azərbaycan Prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan də eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək, Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir:

“Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib, İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək. Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Bu Paşinyanın işinə yarayır”.

Qeyd edək ki, Ermənstanda parlament seçkilər 2021-ci ildə, vaxtından əvvəl keçirilib.

Tarix
2023.12.09 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla