Yuxarı

Rusiyanın teraktla bağlı “inadı"nın səbəbi…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD təşkilatı bəyan edib ki, Moskvadakı terroru onun ardıcılları törədib, buna uyğun internetdə görüntürlər yayılıb. Terroru həyata keçirənlər özləri də etiraf ediblər ki, İŞİD-ə bağlı şəxslərdən təlimat alıblar. Buna baxmayaraq, Kreml terrorun arxasında Ukraynanın dayandığında israr edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya rəsmiləri arasında İŞİD-in adını çəkən azdır:

“Ukrayna mövzusunu həm də ona görə hallandırırlar ki, terrorçular Rusiya-Ukrayna sərhədinə tələsirmişlər və guya Kiyev onlara giriş imkanı yaradacaqdı. Terrorçular başlarını götürüb qaçmağa çalışıblar, bəlkə də elə onları öyrədən İŞİD təlimatçıları qəsdən Ukrayna marşrutunu seçiblər ki, Rusiya-Ukrayna müharibəsi daha da alovlansın. Sərhədi keçmək praktik olaraq mümkün deyildi. Çünki terrorçuların qətliamdan sonra Rusiyanı tərk etməyə çalışacaqlarını proqnozlaşdırmaq asan idi. Rusiya sərhədboyu əraziləri dərhal nəzarətə götürməliydi və elə də etdi”.

Politoloqun fikrincə, terrorçuların nəzəri olaraq Ukraynaya keçidi mümkün olsaydı belə, Rusiya işğalına qarşı savaşmasına rəğmən, Ukrayna həmin şəxsləri ya birbaşa, ya da üçüncü ölkələrin vasitəsilə Rusiyaya təhvil verəcəkdi:

“Əks halda terrorçulara sığınacaq vermək haqq işi uğrunda mübarizə aparan Ukraynanın beynəlxalq aləmdə imicinə zərbə olardı.

Kreml terrorun arxasında Ukraynanın dayandığını təbliğ etməklə, birincisi, bu ölkəyə qarşı işğalı genişləndirməyi əsaslandırmağı, ikincisi, Kiyevi terrora dəstək verən mərkəz kimi göstərərək imicinə zərbə vurmağı planlaşdırır. Ancaq bu təbliğatın effekti olmayacaq. Əlbəttə, beynəlxalq aləm, hətta Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ölkələr Moskvadakı terror olayını qınadılar, ancaq zaman keçdikcə, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi yenidən ön planda tutulacaq. Rusiya terror olayından bir gün sonra Ukraynanın az qala bütün şəhərlərini raket atəşinə tutub, Ukrayna ordusu da Rusiyanın Krımdakı hərbi obyektlərini vurub. Mövzu yenidən müharibədir”.

Tarix
2024.03.24 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla