Yuxarı

Bakı və İrəvan sülhə əvvəlkindən daha yaxındır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda çıxış edib.

Axar.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin spikeri Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının işinə uğurlar arzulayıb.

Sahibə Qafarova bu gün dünyanın daha parçalanmış və daha təhlükəli hala gəlməsindən söz açaraq bildirib ki, bunun beynəlxalq qaydalara əməl olunmamasının, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsinin nəticəsi kimi çoxtərəfli mexanizmlərin səmərəsizliyi ilə əlaqələndirildiyi barədə müzakirələr var.

Milli Məclisin sədri bu kontekstdə PAİ rəhbərliyinin, xüsusən də baş katib Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin ilk görüşü üçün platforma təqdim etməsində rolunu yüksək qiymətləndirib. O bildirib ki, bu gün hər iki ölkə sülhə əvvəlkindən daha yaxındır. İki ölkənin parlamentləri arasında bu cür görüşlər konstruktiv müzakirələr üçün faydalı mexanizm olacaq.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasının ev sahibi olaraq seçilməsini və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsinin nəzərdə tutulmasını Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə İqlim Dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirən Milli Məclisin sədri bizim bundan böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti də dərk etdiyimizi deyib.

Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır. Bildirilib ki, bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı təkliflər verə biləcəklərini müzakirə etmək üçün

Tarix
2024.03.24 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla