Yuxarı

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

“Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.

Tarix
2024.05.01 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir - Tarasov

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla