Yuxarı

Bu, Ermənistandakı revanşistləri həvəsləndirir - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Ermənistandakı revanşistləri həvəsləndirir - Hacıyev

Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasət zərərlidir:

“Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, dekabrın 7-də iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində ciddi addımların atıldığı bir şəraitdə Fransanın militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə zərbədir. Bu, eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir addımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa da BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir".

H.Hacıyev bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir:

"Bu, Ermənistanın real praktikasına və siyasətinə əsaslanan bir təcrübədir. Azərbaycan xalqı və dövləti də bundan əziyyət çəkib. Ona görə də işğalcı-təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz".

Tarix
2024.06.19 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla