Yuxarı

İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Keyr Starmeri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin ediməsi münasibətilə təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Birləşmiş Krallıq ilə ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir.

Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yeni səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Tarix
2024.07.06 / 09:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla