Yuxarı

İlham Əliyev Zelenskini təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.

Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".

Tarix
2024.08.24 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

XİN rəhbəri Qətərin yeni səfiri ilə görüşdü

Rəsmi Bakıdan Fransaya: Buna ixtiyarınız yoxdur!

Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Babayanın Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı

Sərhədimizdə qarşıdurma gözlənilir - Bakı diqqətlə izləyir

Muxtar Babayev Vuçiçlə görüşdü - Foto

Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov

Bu ərazilər Azərbaycana qaytarılacaq - Detallar...

Daha bir partiya sədri istefa verir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla