Yuxarı

Fransa azad sözü narkotiklə susdurur – Nə baş verir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada böyük korporasiyaların, maraq qruplarının, dar çərçivədə birləşən güclü, amma dəlisov “ideya” daşıyıcılarının nəzarətində olan ənənəvi media sosial şəbəkələrə uduzur. Söz və fikir azadlığı artıq boş sözlərə çevrilib, müxtəlif yanaşmalarla, “politkorrekt”lik adı ilə azad düşüncə boğulur. “Mainstream” media son illər mövzuları qadağan edir, kimsə LGBT, gender, iqlim dəyişikliyi və s. həssas mövzularda etika çərçivəsində, heç kimi aşağılamadan belə fikir söyləyirsə, “mainstream” media həmin şəxsləri bloklayır, qaralayır, danışmağa imkan vermir. Bu yanaşmanın pik nöqtəsi 2020-ci ildə “pandemiya” ilə bağlı oldu – dünyanın hər yerində bu məsələyə fərqli fikir bildirənlər, hətta alimlər, böyük mütəfəkkirlər belə gözümçıxdıya salındı, bloklandı, “komploçu” adı ilə damğalandı.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Onun fikrincə, “pandemiya”nın ağılsız və məntiqsiz idarə edilməsinin dünyada iqtisadi böhranlara, müharibələrə, qan-qadaya səbəb olacağını söyləyənlərin hər yerdə ağızları yumuldu və ən pisi odur ki, bu kampaniyaya sosial media da qoşuldu – və ya böyük güclər onları bu kampaniyaya qoşulmağa məcbir etdilər:

“Dünyanın bu ağılsız gedişatını görüb buna etiraz etmək istəyənlər, təbii ki, tapıldı, məsələn, İlon Mask Tvitteri alanda müqaviməti, dünyanın onun üzərinə getdiyini gördük, hətta dar, amma güclü, varlı çevrə öz şirkətlətinin reklamını bu şəbəkədə dayandırdılar, Tvitterin pul qazanmasına mane oldular. Mask sosial şəbəkənin adını dəyişib “X” platforması qoydu, bütün müqavimətləri qırmağa çalışdı – yəni, söz azadlığı uğrunda dünya elitasının böyük bir “dəli” hissəsinin müqavimətinə baxmayaraq, mücadilə edib, hələlik bu sosial şəbəkəni qoruya bildi. Amma, məsələn, Zukerberq təzyiqlərə dözmədi, öz sosial mediasını tamamən qlobalistlərin nəzarətinə verdi.

Teleqramın qurucusu və sahibi Durov Fransada saxlanılıb, avtoritar ölkələrdə insanı susdurmaq üçün cibinə narkotik atırdılar, Fransa isə daha irəli gedib, onu həm də narkotrafikdə günahlandırır. Eyni yanaşmadır, mən bilmirən Durov nə edib, saxlanılmasının əsil səbəbi nədir – bir onu bilirəm ki, dünyanın “dəliləşmiş” siyasi elitası söz və ifadə azadlığından qorxur, sosial şəbəkələri tam nəzarətə ala bilmədiyindən narahatdır”.

Tarix
2024.08.26 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha 3 məntəqənin nəticələri ləğv olundu

MSK Mustafa Hacılının şikayətini araşdırdı

İlham Əliyev Robert Smiti qəbul etdi

İlham Əliyev Mark Börnslə görüşdü

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

Ərdoğanın Əliyev və Putinlə birgə mükəmməl gedişi

Türkiyədə Azərbaycan adından istifadə: milyonlar talanır - Foto

Köçəryandan Cermux döyüşləri ilə bağlı etiraf...

Rusiya bizə iki tərəfdən də zərbə vurur - Mütəhhəri

Kreml və Bakının yeni vəzifəsi… - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla