Yuxarı

Növbəti köç karvanı Şuşaya çatdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:08

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Axar.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.

Tarix
2024.09.07 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkiandan Azərbaycanla bağlı açıqlama

Bakı ilə sülhdən İran da faydalanacaq - Paşinyan

Əks halda müharibəyə əsas yaranacaqdı - Ovannisyan

Qisasa cəsarəti çatmadı, Bakı və Moskvaya "hücum" edir...

Bakı delimitasiyanı bu cür aparacaq - Ohanyan

2020-ci ildə plan vardı, Paşinyan hər şeyi dəyişdi - Mamicanyan

Bu azərbaycanlılar müharibəyə zorla göndərildi - Rusiyaya nota

35 məntəqə seçki komissiyası buraxıldı

İrəvandan Bakıdakı tədbirlə bağlı növbəti açıqlama

İrəvan bu “sərhədlərlə” sülhə can atır

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla