Yuxarı

Azərbaycan və İran rəsmiləri görüşdü: Mövcud vəziyyət...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Respublikasının və İran İslam Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Əlirza Mahmudi başçılıq edib.

Konsulluq məsləhətləşmələri çərçivəsində İran nümayəndə heyəti Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib və görüş zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, həmin əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, o cümlədən bəzi istiqamətlər üzrə çətinliklərlə üzləşmiş vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi imkanları, beynəlxalq axtarışda olan şəxslərin təhvil verilməsi, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkələrə verilməsi kimi məsələlər nəzərdən keçirilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının və İran İslam Respublikasının daxili işlər, sərhəd və gömrük orqanları arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Tarix
2024.09.24 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Quido Krosetto Azərbaycana gəldi

Bakı və İrəvan arasında normallaşma... - Bayramov

Putin bu ölkədə AES tikir: Azərbaycanda isə...

İrəvandan bunu gözləyirdik, əksini gördük – Xəbərdarlıq

Türkiyənin müdafiə naziri Bakıya gəldi - Video

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Rusiya və Azərbaycan arasında kritik görüş

Ermənistan və Almaniya arasında məsləhətləşmə aparıldı

Əliyevin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?

Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla