Yuxarı

Bakıda insident: polis atəş açdı, yaralanan var - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrdində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77 XS 413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılov və 1980-ci il təvəllüdlü Əjdər Əjdərov saxlanılıblar.

Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.

Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, psixotrob maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir.

Tarix
2024.09.24 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putin bu ölkədə AES tikir: Azərbaycanda isə... - Video

Dünyanın 4 gücü birləşdi: Yeni qurumun hədəfi

Sülh sazişində yeni bənd: İrəvan təzminatı torpaqla verə bilər

Arutyunyan Vardanyanla bağlı nələr deyib? - Sirlər açılır

Quido Krosetto Azərbaycana gəldi

Bakı və İrəvan arasında normallaşma... - Bayramov

Azərbaycan və İran rəsmiləri görüşdü: Mövcud vəziyyət...

İrəvandan bunu gözləyirdik, əksini gördük – Xəbərdarlıq

Türkiyənin müdafiə naziri Bakıya gəldi - Video

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla