Yuxarı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Çinin oyuncaq istehsalı üzrə ixtisaslaşan "Pop Mart International Group Ltd." şirkətinin səhmləri 2025-ci il üzrə maliyyə göstəricilərinin açıqlanmasından sonra kəskin dəyər itirib. Halbuki şirkətin gəlirləri 2.8 dəfədən, xalis mənfəəti isə dörd dəfədən çox artıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə müəssisənin rəsmi bəyanatında bildirilib.

İstehsalçının ötən il ərzində əldə etdiyi gəlir əvvəlki ilin 13.04 milyard yuanlıq göstəricisini üstələyərək, 37.12 milyard yuana (5.38 milyard ABŞ dolları) çatıb.

Müəssisənin xalis mənfəəti 2024-cü ildə qeydə alınan 3.13 milyard yuana qarşı 12.78 milyard yuan səviyyəsinədək yüksəlib.

Hesabat ilində "Pop Mart"a ən çox qazanc gətirən məhsullardan biri ötən il dünya miqyasında məşhurlaşan mifik dovşanabənzər "Labubu" personajının da yer aldığı "Monsters" oyuncaq kolleksiyası olub. Yalnız bu seriyanın satışları şirkətə 14.16 milyard yuan (ümumi gəlirin təqribən 38%-i) vəsait qazandırıb.

Gəlirlərin böyük ölçüdə tək bir kolleksiyadan asılı olması investorlarda narahatlıq yaradıb. Onlar gələcəkdə "Labubu"ya olan tələbatın aşağı düşəcəyi təqdirdə şirkətin maliyyə vəziyyətinin ciddi zərər görəcəyindən ehtiyat edirlər.

Tarix
2026.03.26 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla