Yuxarı

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

İnanıram ki, bu məsələ ilə bağlı konsepsiyalar və prosedurlar aydın şəkildə təsvir edilib, tənzimlənir və biz yalnız təsdiq edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcəyik.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan delimitasiya zamanı anklav və eksklavların taleyi barədə Baş nazir Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

“Cənab Baş nazirin mətbuat konfransını dinləmişəm. Düşünürəm ki, o, bütün suallara aydın cavab verib. Mənim əlavə edəcəyim heç nə yoxdur. Razılaşma yoxdur. Rəsmi müzakirə olunan və işçi qaydada müzakirəsi aparılan istənilən məsələni ictimaiyyətə açıqlayırıq. Dəqiqlik olan hər bir görüş və müzakirə açıq keçirilir və dərhal ictimaiyyətə açıqlanır. Bizim 13 görüşümüz olub və bütün görüşlərlə bağlı həm əvvəlcədən, həm də görüşlərin yekununda nəticələrə dair rəsmi məlumatlar dərc edilib. Bundan artıq heç nə deyə bilmərəm, çünki belə bir şey yoxdur. Sizin bildiyiniz formatdan kənar delimitasiya ilə bağlı heç bir iş aparılmır. Biz anklav və eksklav məsələsini müzakirə etsəydik və bu, işçi görüşü və ya müzakirə statusu daşısaydı, bütün suallara mümkün qədər ətraflı cavabların yer aldığı açıqlama dərc olunardı”, - o bildirib.

Qriqoryan əlavə edib ki, özü Ermənistan və Azərbaycan liderləri arasında söhbətdə iştirak etməyib və onların nəyi müzakirə etdiklərini bilmir:

“Baş nazir özü apardığı danışıqlar barədə danışıb”.

Qeyd edək ki, Paşinyan eksklavların qarşılıqlı mübadiləsini təklif edib.

Tarix
2026.10.16 / 14:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla