Yuxarı

Bakının bu rayonunda 30 bina söküləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu rayonunda 30 bina söküləcək

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Axar.az Bakı.vs-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək:

"Sökülməsi planlaşdırılan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar tərtib edilib. Həmin sənədlərdə binaların qəzalı vəziyyətdə olduğu və orada yaşamağın sakinlərin təhlükəsizliyi baxımından risk yaratdığı qeyd olunub.

Ərazilərdə həyata keçiriləcək işlər söküntü ilə məhdudlaşmayacaq. Bəzi sahələrdə dövlət vəsaiti hesabına abadlıq işlərinin aparılması, parkların salınması və yol infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur. İnvestisiya layihələrinin həyata keçiriləcəyi ərazilərdə isə köhnə binaların yerində yeni yaşayış binaları inşa ediləcək.

İnvestor hesabına söküləcək binaların sakinlərinə yeni mənzillər təqdim olunması planlaşdırılır. Tikinti müddətində vətəndaşların kirayə xərclərinin qarşılanması üçün kompensasiya ödənilməsi nəzərdə tutulur. Yeni binalar hazır olduqdan sonra sakinlərə həmin binalarda mənzillər veriləcək".

AQC sədri əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq:

"İlkin qiymətləndirmələrə əsasən, bəzi ərazilərdə kompensasiyanın məbləğinin hər kvadratmetr üçün təxminən 2 000-3 000 manat civarında olması gözlənilir. Daha az mərkəzi ərazilərdə və yeni yaşayış binasının tikintisi üçün əlverişli hesab edilməyən sahələrdə isə məbləğin təxminən 2 000-2 500 manat arasında dəyişir. Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Digər diqqətçəkən məsələ Nəsimi rayonunda, Mirəli Qaşqay 34 ünvanında yerləşən və 50-dən çox ailənin yaşadığı məcburi köçkünlərə aid evlərlə bağlıdır. Həmin ərazi üzrə sənədləşmə və inventarizasiya işləri aparılıb, prosesə başlanılıb".

Tarix
2026.10.16 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla