Yuxarı

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə Respublikasının vətəndaşı Cəlal Çiftçi tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan bildirilib.

"Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycan Respublikasında hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.

Toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Cəlal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır", - məluamatda qeyd olunub.

Tarix
2026.10.16 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla