Yuxarı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

2026-cı ilin ilk iki ayının nəticələri göstərir ki, Azərbaycanda iqtisadi inkişafda qeyri-neft sektoru drayverə çevirilməkdədir. Bu dövrdə neft-qaz sektorunda həm ÜDM, həm də sənaye istehsalı azalsa da, enerjidən kənar sektorlar inkişafı dəstəkləyiblər.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“2026-cı ilin yanvar-fevral aylarında ÜDM neft-qaz sektorunda 1.7 faiz azalsa da, qeyri-neft-qaz sahəsində 1,4 faiz artıb. Nəticədə, ümumi iqtisadiyyatda artım tempi qorunub saxlanılıb.

Qeyri-neft-qaz sektorunda daha böyük artımlar sənayedə qeydə alınıb. Belə ki, bu müddətdə qeyri-neft-qaz sektorunda sənaye istehsalı 7.4 faiz artıb, enerji sahəsində isə 0.8 faiz azalma qeydə alınıb. ÜDM-də olduğu kimi, sənayedə də qeyri-neft sektoru hesabına artım qeydə alınıb.

Son həftələr dünya bazarında neftin qiymətinin yüksək olmasına baxmayaraq, son göstəricilər də təsdiq edir ki, iqtisadiyyatın diversifikyasiyası daha da prioritetləşməkdədir. Enerji bazarında qiymət tarazlığının necə olmasından asılı olmayaraq, dayanıqlı və inkluziv inkişafın əsasını məhz güclü qeyri-neft-qaz sektoru formalaşdıra bilər”, - millət vəkili bildirib.

Tarix
2026.03.26 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla