Yuxarı

Prezident Əliyev Şarl Mişellə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:01

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

Axar.az xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.

O, Avropa Birliyinin gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.

Söhbət zamanı Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.

Tarix
2024.11.11 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya parlamentinin nümayəndə heyəti MM-də

2023-cü ildə Bakı, Moskva və İrəvan buna yaxın idi, lakin...

Azərbaycanda AES tikilə bilər - MAQATE

Bakıda daha bir mühüm tədbir: Əliyev iştirak etdi - Foto

Azərbaycan və Rusiya baş nazirləri görüşdü

"Bakıya gedəcəksinizmi" sualına Paşinyanın "cavabı" - Video

İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşdü - Foto

Prezident Əliyev Mixail Mişustinlə görüşdü

İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

Ermənistan nümayəndə heyəti Bakıya gələcək - Ekspert

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla