Yuxarı

Əliyev Radevlə görüşdü: saziş imzalandı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Radevlə görüşdü: saziş imzalandı - Foto

14:15

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.

Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğuladı, bunun əməkdaşlığımızın möhkləmlənməsi işinə verdiyi töhfəyə toxundu.

Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğuladı ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.

COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, burada əldə edilən nəticələr gələcək üçün böyük əhəmiyyət daşıyacaq.

Rumen Radev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı.

Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olundu, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirildi.

Tarix
2024.11.13 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla