Yuxarı

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı ən vacib məqamlardan biri məhz “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd iki dövlət arasında qarşılıqlı strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Əbədi dostluq haqqında Müqavilənin mahiyyəti nədir və indiyədək hansı dövlətlər imzalayıblar?

Bu sənədin imzalanması dövlətlərin strateji münasibətlərinin yüksək səviyyəsini təsdiq etməklə yanaşı, xalqların tarixi yaxınlığını və gələcəkdə səmimiyyət, hörmət və etimada əsaslanan əlaqələrin dərinləşəcəyini özündə ehtiva edir. Bu anlaşma ölkələr arasında siyasi və iqtisadi əlaqələri dərinləşdirir və birgə sərmayə qoyuluşlarını, xarici ticari əlaqələrini daha çox təşviq edir.

Regionda ilk dəfə oxşar sənəd Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında 1997-ci ildə imzalanıb. Daha sonra, 2025-ci ildə Çin-Mərkəzi Asiya Anlaşmasına 6 dövlət qoşulub. Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bu sənədi imzalayıblar.

Azərbaycan ilə Özbəkistan arasında imzalanan əbədi dostluq Müqaviləsi ikitərəfli formatda imzalanan ilk sənədlərdəndir. Əslində, bu sənədi imzalamaqla ikitərəfli formatda Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdılar. İstər 1809-cu ildə Hindistanda Sind əmirləri arasında imzalanan, istərsə də 1940-ci ildə Mərkəzi Avropada razılaşdırılan sənədlər əbədi dostluğu ehtiva etməyib. Azərbaycan və Özbəkistan isə heç bir dövlətə qarşı olmamaqla, qarşılıqlı qardaşlıq əlaqələrini möhkəmləndirən müqaviləni imzalayıblar.

Bu sənədin imzalanması 165 milyon əhalisi, 4.24 milyon kvadrat kilometr ərazisi və 2.4 trilyon dollar nominal iqtisadiyyatı olan Türk dünyasının inteqrasiyasında və daha da yaxınlaşmasında tarixi addım kimi qiymətləndirilir”, - o bildirib.

Tarix
2026.08.25 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla