Yuxarı

Prezident niyə Buxaraya da səfər etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident niyə Buxaraya da səfər etdi?

Prezident İlham Əliyevin Özbəkistanda Buxara şəhərinə də səfəri üç aspektdən əhəmiyyətlidir.

Birincisi, tarixi bağların simvoludur.

İslam və Türk dünyasının tarixi mərkəzlərindən olan Buxara şəhərini Azərbaycanla tarixi bağlar birləşdirir. XV əsrdə Asiyadan gələn tacirlər tərəfindən inşa edilmiş İçərişəhərdəki Buxara karvansarayı da bunun simvollarından biridir. Əliyevlə Mirziyayevin Daşkənddən sonra Buraxada da görüşməsi Azərbaycan-Özbəkistan münasibətlərin təkcə siyasi-iqtisadi maraqlar kontekstində qurulmadığını, iki ölkənin tarixi bağlarla birləşdiyini sərgiləmək məqsədi daşıyır.

İkincisi, İpək Yolu irsinin davam etdirildiyinin nümayişidir.

Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyi tarixi İpək Yolu üzərində inşa edilən Orta dəhliz marşrutunun perspektivlərini gücləndirən əsas amillərdəndir. Qədim İpək Yolunun əsas mərkəzlərindən olan Buxara şəhəri indi də Orta dəhlizin mühüm nöqtələrindən biridir. Prezident İlham Əliyev bu şəhəri ziyarət etməklə tarixi İpək Yolunun fəaliyyətində olduğu kimi, bu irsin davamı olan Orta Dəhlizdə də Azərbaycanın həlledici rol oynadığı mesajını verir.

Üçüncüsü, Türk dünyasında birliyin sərgilənməsidir.

Azərbaycan-Özbəkistan münasibətləri təkcə Mərkəzi Asiya-Cənubi Qafqaz regionlarının və buradan keçən nəqliyyat-logistika xətlərinin birləşdirilməsində yox, həm də Türk dünyasının birliyi və gələcəyində mühüm rola malikdir. Əliyev Özbəkistan səfəri çərçivəsində qədim Türküstan elinin mərkəzlərindən sayılan Buxaranı ziyarətlə tarixi köklərə bağlı olduğumuzu, həyata keçirilən siyasətin – Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika xətlərinin birləşdirilməsində, Azərbaycanın təkcə Türkiyə ilə yox, digər türk dövlətləri ilə də strateji müttəfiqlik münasibətlərinin qurulmasında - yekun hədəfin türk dünyasının güclənməsi olduğunu sərgiləyir.

Tarix
2026.08.25 / 09:35
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla