Yuxarı

Püşkatma nə vaxtdır? - "Sabah"ın potensial rəqibləri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Püşkatma nə vaxtdır? - "Sabah"ın potensial rəqibləri

00:46

Avqustun 27-də Monakoda Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, mərasim Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək Azərbaycan çempionu "Sabah" da daxil olmaqla 36 komandanın rəqibləri müəyyənləşəcək. “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.

Çempionlar Liqasının püşkatmasında yarışa birbaşa vəsiqə qazanan 29 komanda və pley-off mərhələsinin 7 qalibi iştirak edəcək.

Artıq həmin komandalardan 32-si bəllidir, digər 4 komandanın adına isə bugünkü 4 pley-off matçından sonra aydınlıq gələcək.

Qeyd edək ki, püşkatma zamanı komandalar reytinqinə görə 4 səbətə bölünəcək (hər birində 9 komanda). Reytinqi az olan "Sabah" sonuncu - 4-cü səbətdə yer alacaq. Onun rəqibləri isə hər səbətdən 2 komanda (ümumilikdə 8 fərqli komanda) olacaq. Klublar səbətdəki rəqiblərdən biri ilə evdə, digəri ilə səfərdə qarşılaşacaq.

Bugünə qədər 2026/27 mövsümü ÇL-in Liqa mərhələsində iştirakı dəqiqləşən komandalar (qeyd edilən hər səbətdən 2 komanda "Sabah"a rəqib olacaq)

1-ci səbət

“Bavariya” (Almaniya)

“Real” Madrid (İspaniya)

PSJ (Fransa)

“Liverpul” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Arsenal” (İngiltərə)

“Barselona” (İspaniya)

“Atletiko” Madrid (İspaniya)

2-ci səbət

“Borussiya” Dortmund (Almaniya)

“Roma” (İtaliya)

“Sportinq” (Portuqaliya)

“Aston Villa” (İngiltərə)

“Portu” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Brügge” (Belçika)

“Betis” (İspaniya)

PSV (Niderland)

3-cü səbət

“Feyenoord” (Niderland)

“Lill” (Fransa)

"Lion" (Fransa) - "Fənərbaxça" (Türkiyə) cütünün qalibi

“Budo-Qlimt” (Norveç)

“Napoli” (İtaliya)

“Leypsiq” (Almaniya)

“Vilyarreal” (İspaniya)

“Şaxtyor” (Ukrayna)

“Qalatasaray” (Türkiyə)

4-cü səbət

“Slaviya” Praqa (Çexiya)

“Ştutqart” (Almaniya)

AEK (Yunanıstan) - "Levski" (Bolqarıstan) cütünün qalibi

"Selye" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi

LASK (Avstriya)

“Komo” (İtaliya)

“Lans” (Fransa)

"Vikinq" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Sabah” (Azərbaycan)

Tarix
2026.08.26 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla