Yuxarı

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Dünən ölkəmizə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyindəki ali dərəcəli qonaqlarımızı və ailə üzvlərini böyük ehtiramla qarşıladıq.

Axar.az xəbər verir ki, bunu Özbəkistan Prezident Adminstrasiyasının rəhbəri Səidə Mirziyayeva sosial mediada paylaşımında yazıb.

PA rəhbəri qeyd edib ki, ölkələrimiz unikal qardaşlıq bağları ilə bir-birinə bağlıdır.

"Bu səmimiyyət təkcə rəsmi əlaqələrdə deyil, həm də xalqlarımızın bir-birinə olan sonsuz sevgi və hörmətində hər zaman hiss olunur. Tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizdəki müştərəklik bu gün infrastrukturdan tutmuş investisiyalara qədər - bir çox sahədəki yeni birgə layihələr şəklində daha da zənginləşir. Bu səfər çoxşaxəli əlaqələrimizin tarixində daha bir mühüm səhifə açdı. Müttəfiqlik münasibətləri haqqında müqavilə (Əbədi dostluq haqqında müqavilə) imzalandı və zənnimcə, bu sənədin elə adı belə bu gün Özbəkistan ilə Azərbaycanı birləşdirən bağların əsl mahiyyətini dəqiq ifadə edir. Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən hər zaman məmnunuq. Qapısı hər zaman üzünüzə açıq olan diyarımıza xoş gəlmisiniz, əziz qardaşlar", - deyə vurğulayıb.

Tarix
2026.08.25 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla