Yuxarı

Bizi alman edən qanımız deyil - Prezident

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizi alman edən qanımız deyil - Prezident

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində “Almaniya evimiz. Birlikdə necə yaşayırıq” adlı tədbirdə çıxışında miqrant mənşəli vətəndaşların cəmiyyətdə bərabər hüquqlara malik olduğunu vurğulayıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Prezident Almaniyada birinci və ikinci dərəcəli vətəndaşların olmadığını bildirib.

O, Almaniya Konstitusiyasının “eyni qandan olan xalq” anlayışını qəbul etmədiyini diqqətə çatdıraraq deyib:

“Bizi alman edən nənə-babalarımızın mənşəyi və ya qanımız deyil, vətəndaşlıq, ümumi dil və azadlıq şəraitində birlikdə yaşamaq iradəsidir”.

Prezident bildirib ki, Almaniya vətəndaşlığını sonradan əldə edən şəxslərlə doğuşdan Almaniya vətəndaşı olanlar bərabər hüquqlara malikdirlər. Onun sözlərinə görə, vətəndaşlığı kateqoriyalara ayırmaq ölkənin konstitusiya quruluşuna ziddir.

Təhsil, mənzil və səhiyyə xidmətlərinə çıxışın hamı üçün bərabər olmasının vacibliyini qeyd edən Frank-Valter Ştaynmayer Almaniyanın əmək bazarının miqrasiyaya ehtiyac duyduğunu vurğulayıb.

“Mən elə bir Almaniya arzulayıram ki, burada hər kəs vətəndaşların bərabərliyi vədinə sadiq qalsın və etnik təcrid xülyalarına qapılan hər kəsi rədd etsin”, - deyə Almaniya Prezidenti qeyd edib.

Tarix
2026.08.25 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla