Yuxarı

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Səfər zamanı prezidentlərin təkbətək görüşü baş tutub və dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb.

Mövzu ilə bağlı siyasi ekspert Samir Hümbətov Axar.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan səfəri bir neçə istiqamətdə önəm daşımaqdadır.

“Birincisi, imzalanan sənədlərdir. Əbədi dostluqla bağlı sənədin imzalanması o deməkdir ki, artıq Azərbaycan və Özbəkistan əbədi şəkildə bir-biri ilə ən yüksək səviyyədə əməkdaşlığı və dostluğu davam etdirəcəklər. Yəni, bu, artıq təkcə dövlətlər səviyyəsində deyil, həm də xalqların bir arada əbədi sülhə inamını göstərir. Təbii ki, burada dil, din, milli kimlik, adət-ənənələr və digər amillər də çıxış etməkdədir.

İkinci tərəfdən, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi bir neçə istiqamətdə görülür. Təbii ki, ən diqqət çəkən məqam ikitərəfli ticarət dövriyyəsinin artırılması və 1 milyard manatdan yuxarı qaldırılmasıdır. Digəri isə, Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasının təşviqidir.

Düzdür, Özbəkistanın Xəzər dənizinə çıxışı yoxdur, amma bu prosesi Qazaxıstan üzərindən həyata keçirməklə maraqlı olduğunu göstərmiş olur. Təbii ki, burada Çin-Qazaxıstan-Özbəkistan dəhlizi var. O dəhliz bu hissədən keçir və həm Özbəkistan, həm Qazaxıstan, həm də Azərbaycan əməkdaşlıq edirlər. Özbəkistan və Azərbaycan həm də bu sahədə əməkdaşlıqları daha da dərinləşdirə bilərlər”.

Ekspert Özbəkistan şirkətlərinin Qarabağda yenidənqurma və bərpa işlərinə cəlb edilməsini ikitərəfli münasibətlərə müsbət təsir edəcəyini vurğulayıb:

“Eyni zamanda, Azərbaycan Prezidentinin Özbəkistan səfərində Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirakı da münasibətlərə müsbət təsir edən həm təhsil, həm də tarixi məsələlərdəndir.

Bu səfər son 5 ildə Azərbaycan Prezidentinin Özbəkistana ikinci rəsmi səfəri olaraq qeyd edilir. Bundan əlavə, dörd işgüzar səfəri də baş tutub. Paralel olaraq, son 5 ildə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycana 2 rəsmi və 7 işgüzar səfəri olub.

Bu deməkdir ki, tərəflər yüksək səviyyədəki əlaqələri dərinləşdirməyə maraqlıdır və əlaqələr dövlətlərarası əlaqələrlə yanaşı, xalqlararası əlaqələr kimi də dəyərləndirilə bilər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.08.24 / 18:07
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla