Yuxarı

Dünyanın ən xoşbəxt baş məşqçisiyəm - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən xoşbəxt baş məşqçisiyəm - Dambrauskas

Bu gecə yaşananları sözlə ifadə etmək çətindir. Möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə minnətdaram, hər birini qucaqlayıram. Futbolçularım bu gün çox ağır işin öhdəsindən gəldilər. Onlarla fəxr edirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı keçirilən cavab oyunundan sonra (5:2) təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis bildirib ki, “Sabah” karyerası ərzində çalışdırdığı ən yaxşı komandadır:

“Artıq dünyanın ən nüfuzlu futbol turnirinin əsas mərhələsində oynayacağıq. Hazırda özümü dünyanın ən xoşbəxt baş məşqçisi hesab edirəm”.

Baş məşqçi “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsi üçün heyət planlamasına da toxunub.

O bildirib ki, turnirdə iştirak ərizəsinə 17 legioner futbolçu daxil edilib və yeni transfer baş tutacağı təqdirdə onlardan birinin siyahıdan çıxarılması lazım gələcək.

“Çempionlar Liqası üçün artıq futbolçuları müəyyənləşdirmişik. Bu səbəbdən hazırda yeni transfer barədə düşünmürük. Əgər heyətə yeni oyunçu cəlb etsək, mövcud futbolçulardan biri iştirak ərizəsindən kənarda qalmalıdır. Sizcə, həmin oyunçulardan hansı buna layiqdir?” – deyə baş məşqçi qeyd edib.

V.Dambrauskas oyunun gedişində buraxılan qola da münasibət bildirib:

“Hapoel”in pressinqi çox güclü idi. Buraxdığımız qolda da məhz rəqibin bu xüsusiyyəti özünü göstərdi”.

Qeyd edək ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini mübarizədən kənarlaşdırıb - 6:4 (ümumi hesab).

Tarix
2026.08.26 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla