Yuxarı

İlham Əliyev Finlandiya prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:11

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

Axar.azxəbər verir ki, gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.

Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliyə aparılması ilə maraqlandı.

ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirdi.

Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.

Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2024.11.11 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya parlamentinin nümayəndə heyəti MM-də

2023-cü ildə Bakı, Moskva və İrəvan buna yaxın idi, lakin...

Azərbaycanda AES tikilə bilər - MAQATE

Bakıda daha bir mühüm tədbir: Əliyev iştirak etdi - Foto

Azərbaycan və Rusiya baş nazirləri görüşdü

"Bakıya gedəcəksinizmi" sualına Paşinyanın "cavabı" - Video

İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşdü - Foto

Prezident Əliyev Mixail Mişustinlə görüşdü

İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

Ermənistan nümayəndə heyəti Bakıya gələcək - Ekspert

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla