Yuxarı

İmamoğlunun Bakı səfərində diqqətçəkən məqam

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun Bakı səfərində diqqətçəkən məqam

Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəlib. O, ümummili lider Heydər Əliyevin məzarını və Bakıda Türk Şəhidliyini ziyarət edib.

Maraqlıdır ki, bir müddət öncə onun üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi.

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlının fikrincə, CHP rəsmilərinin Azərbaycana səfəri, bu partiyanın ölkəmizlə münasibətlərinin normallaşması onların mövqeyinin nəticəsidir.

“Keçmiş sədr Kamal Kılıçdaroğlunun dövründə CHP təkcə Türkiyədə deyil, Qərbdə də Azərbaycana qarşı olan qüvvələrin xəttini izləyirdi. Onun Zəngəzur dəhlizinin əleyhinə olan layihəni irəli sürməsi də bunu əyani şəkildə göstərdi. Lakin CHP-də rəhbər dəyişikliyindən sonra bu partiyanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə münasibətlərində normallaşma dövrü başladı. Eyni vəziyyət Bakıya qarşı münasibətdə də müşahidə edilir. Təbii ki, Azərbaycan heç vaxt Türkiyənin ana müxalifət partiyası ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Bu baxımdan Bakı CHP-dən uzadılan əli geri çevirmir. Lakin bu, Azərbaycanın Türkiyənin daxili siyasətinə qarışması, yaxud Ərdoğana qarşı olan qüvvələrlə əməkdaşlıq etməsi demək deyil. Çünki CHP ilə əlaqələrin normallaşması bu partiyanın Türkiyə daxilində AKP ilə münasibətlərinin yumşalması çərçivəsində baş verir”, - Nərimanlı bildirib.

Qeyd edək ki, Əkrəm İmamoğlunun Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində CHP-nin namizədlərindən biri kimi adı çəkilir.

Tarix
2024.11.14 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla