Yuxarı

Türkiyə nələr qazandı? Böyük Turan gəlir - Abovyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə nələr qazandı? Böyük Turan gəlir - Abovyan

Suriya bir dövlət olaraq artıq mövcud deyil. Eyni zamanda, Suriya faktoru təkcə bu keçmiş dövlətin ərazisi ilə bitməyəcək və çox güman ki, tezliklə regionun xəritəsində çox ciddi dəyişikliklərin şahidi olacağıq.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Arman Abovyan Suriyada Əsəd rejiminin devrilməsi haqda qeyd edib.

O bildirib ki, Suriya faktoru dünyanın böyük parçalanması və ya yeni “Potsdam konfransı” ərəfəsində kəskin şəkildə aktivləşib.

Suriyada “kimlərin nələr əldə etməsi”nə isə Abovyan bu cür cavab verib:

“Türkiyə Böyük Turan layihəsinin Yaxın Şərqi də əhatə edən hissəsini silah gücü ilə səmərəli şəkildə həyata keçirərək, bölgədəki fiziki varlığını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu da öz növbəsində Türkiyə-Azərbaycan tandeminin Ermənistanı daha da sıxışdırmaq və Mərkəzi Asiya istiqamətində qeyri-sabitlik yaratmaq cəhdlərinin aktivləşməsinə gətirib çıxaracaq.

İsrail İraq və Suriya ərazisindən keçməklə İranla quru əlaqəsini kəsərək, “Müqavimət oxu” adlandırılan qüvvələri zərərsizləşdirdi.

Amerikalılar kürdlər vasitəsilə Fars körfəzindən, Yaxın Şərqdən Avropaya qədər quru logistika marşrutlarına aktiv təsir etmək imkanı verən Suriya ərazisinin bir hissəsini ələ keçirməkdədirlər.

Rusiya regionda ən mühüm təsir alətini itirir və əsas sual Rusiyanın Suriya Latakiyasında hərbi mövcudluğunu qoruyub-qorumayacağıdır.

Ən acı “pay” İrana çatdı ki, bunun üçün Suriyanın parçalanması kürd və bəluc faktorlarının aktivləşməsi ilə həm İran sərhədləri boyunca, həm də ölkə daxilində qeyri-sabitliyə səbəb ola bilər”.

Abovyan iddia edib ki, ortamüddətli tarixi perspektivdə daha bir “Rusiya-Türkiyə hərbi qarşıdurması” aydın görünür.

Tarix
2024.12.09 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla