Yuxarı

Putin “hədəfə çatdıq” deyir: Bəs, Əsəd niyə Moskvadadır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin “hədəfə çatdıq” deyir: Bəs, Əsəd niyə Moskvadadır?

Kreml sahibi Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Putinin “Suriyaya ona görə getmişik ki, orada başqa ölkələrdə, Əfqanıstanda yaradılan kimi terror anklavı yaranmasın. Ümumilikdə qarşıya qoyduğumuz məqsədlərə nail olduq” fikrinə vurğu edib:

“Birincisi, bu cümlədə Əfqanıstanla paralel aparılması diqqət çəkir. Putinin təbirincə desək, Əfqanıstanda “terror anklavı” yaradılıbsa, Kreml bu “anklavı” yaradan Talibanla niyə təmas qurub, bu təşkilatı terrorçu siyahısından çıxarmağa qərar verib? İkincisi, Rusiya Suriyada necə məqsədinə nail olub ki, Putin sonrakı cümləsində ölkəsinin Suriyada hərbi bazalarının saxlanılıb-saxlanılmamasıyla bağlı hələ qərar vermədiyini söyləyir? Rusiya Suriyada məqsədinə nail olsaydı, həmin iki hərbi baza ətrafında qeyri-müəyyənlik yaranmazdı.

Əlbəttə, Rusiyanın əsas məqsədlərindən biri Suriyada İŞİD terrorçularını zəiflətmək idi, buna müəyyən qədər nail olundu, ancaq digər əsas məqsədi Əsəd rejimini qorumaq idi. İkinciyə nail olunmadı. Demək, bu halda Rusiyanın Suriyada məqsədinə nail olduğunu iddia etmək çətindir”.

Tarix
2024.12.20 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla