Yuxarı

ABŞ-la saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır – Bozoyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-la saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır – Bozoyan

ABŞ və Ermənistan arasında ötən gün Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq haqqında xartiyadan sonra rəsmi İrəvanın xüsusilə Rusiyaya qarşı daha cəsarətli davrandığı bildirilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Buna misal olaraq "Rusiya" (Rossiya) telekanalında yayımlanan "Həftə xəbərləri" (Vesti nedeli) proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında guya Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı Rusiya səfiri Kopırkinin XİN-ə dəvət olunması və Rusiyaya nota verilməsi göstərilib. Eyni zamanda Ermənistan-ABŞ tərəfdaşlıq xartiyasına Rusiya səfirliyinin mövqeyi də diqqət çəkib. Belə ki, Rusiyanın Ermənistandakı səfirliyi bəyanatında bu məsələyə neytral qaldıqlarını bildirib.

Yeri gəlmişkən, rusiyalı politoloqlardan fərqli olaraq, Kreml sözçüsü Dmitri Peskov da Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalamasını “İrəvanın suveren hüququ” olaraq dəyərləndirib.

Erməni politoloq Yervand Bozoyanın fikrincə, bütün bu proseslər Ermənistanı Türkiyənin təsir dairəsinə yaxınlaşdırır. Onun iddiasına görə, Ermənistanda qərbyönlü olmaq türkiyəyönlü olmaq deməkdir.

Ermənistanın Avropa və ABŞ-la sərhədinin olmaması, ABŞ-ın regional siyasətini NATO müttəfiqi Türkiyə vasitəsilə həyata keçirməsi, o cümlədən Ermənistanın “Avropa qapısının” Türkiyə olması Bozoyanı bu fikrə gətirib.

O ki qaldı Rusiyanın susmasına, Bozoyan iddia edib ki, Kreml baş verənlərdən və erməni xalqının reaksiyasından “şokdadır”. Çünki “əslində Paşinyan bütöv bir xalqı Türkiyənin təsiri altına salmağa çalışır, amma Ermənistanda heç bir ciddi siyasətçi baş verənlərə reaksiya vermir”.

Tarix
2025.01.15 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla