Yuxarı

Nikol ABŞ sərhədçilərini gətirdi – Kreml cavab verəcək!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol ABŞ sərhədçilərini gətirdi – Kreml cavab verəcək!

Bayden administrasiyası səlahiyyət müddəti bitənə yaxın Ermənistanla bağlı müəyyən addımlar atmağa çalışdı.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, müqavilə Ermənistanı Rusiyadan qoparmağa hədəflənib:

“Trampın hakimiyyətə qayıdışı Ermənistan üçün çətinliklər yarada bilər. Çünki Tramp Ermənistan məsələsinə görə Rusiya ilə münasibətləri gərginləşdirmək istəməz. Buna görə də İrəvan hesab edir ki, bu müqavilələr Rusiyanın təsirinə qarşı Ermənistanı qorumaq üçün bir vasitə olacaq. İlk addım olaraq sərhədlərin qorunması ilə bağlı razılaşma əldə edilib.

Yada salaq ki, Ermənistan Rusiya sərhədçilərini İranla sərhəddən çıxarıb. Türkiyə ilə sərhədlərin açılacağı təqdirdə Ermənistan həmin sərhədlərin mühafizəsini öz üzərinə götürəcəyini bəyan edib. Azərbaycanla sərhəddə isə Avropa Birliyinin mülki missiyası yerləşdirilib. Missiyanın hərbi-kəşfiyyat xarakter daşıdığına dair əsaslı şübhələr var”.

Politoloq vurğulayıb ki, müqavilə uzunmüddətli perspektivə hesablansa da, Trampın hakimiyyəti dövründə fərqli istiqamətdə dəyişə bilər.

T.Rzayevin fikrincə, bu sazişə İran və Rusiyanın mövqeyi önəmlidir:

“İran kənar qüvvələrin regiona yerləşməsinə qarşıdır, indi isə AB missiyası ilə yanaşı, ABŞ hərbi kontingenti rəsmən Ermənistana yeridilir. O cümlədən Ermənistan hələ də KTMT və Aİİ-nin üzvüdür və bu baxımdan Rusiya bu məsələyə laqeyd qalmayacaq.

Moskvanın Ukrayna müharibəsi ilə məşğul olması səbəbi ilə reaksiyası gecikə bilər, lakin Kremlin sərt cavabı qaçılmazdır”.

Tarix
2025.01.16 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla