Yuxarı

BTQ-nin tam işə düşməsi üçün... - Baş nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTQ-nin tam işə düşməsi üçün... - Baş nazir

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün Azərbaycan və Gürcüstanın birgə səylərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Axar.az Report-a istiandən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib.

"Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın göstərdiyi səylər nəticəsində BTQ-nin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin ayrılmaz hissəsidir. Hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal işlər görülür. Gürcüstanda yerləşən Poti və Batumi limanları da Orta Dəhlizin inkişafı üçün mühüm elementlərindəndir. Çox şadıq ki, bu gün aidiyyəti qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq. Bütün bunlar Azərbaycan və Gürcüstanın qitələrarası tranzit proseslərində mühüm həlqə kimi rolunu daha da gücləndirir”, - deyə o qeyd edib.

Tarix
2025.01.17 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla