Yuxarı

İlham Əliyev Vuçiçə məktub göndərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Serbiya uzun illərdən bəri yaxın dost və etibarlı strateji tərəfdaşdılar. Yüksək səviyyəli siyasi dialoqumuz və yeni məzmunla zənginləşən əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahına töhfələr verməklə yanaşı, Qafqaz və Balkan regionları arasında əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz məmnunluq doğurur. Mövcud imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimizin daha da inkişafına, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Tarix
2025.02.15 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi

Paşinyan Sinirlioğlu ilə görüşdü, Bakı ilə əlaqələrdən danışdı

Bayramov Hakan Fidanla görüşdü

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycandan Serbiya ilə bağlı paylaşım

Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi

Paşinyan onunla Azərbaycanla bağlı müzakirə apardı

Azərbaycan-Somali əlaqələri intensivləşir - Deputat

Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV

Trampın Rusiya və Çinə sensasion tələbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla