Yuxarı

Azərbaycan-Somali əlaqələri intensivləşir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın uğurla ev sahibliyi etdiyi 29-cu Qlobal İqlim Konfransında qaldırdığı məsələlər və əldə olunmuş son dərəcə uğurlu nəticələr bir daha göstərdi ki, dövlətimiz özünün xarici siyasətində ümumbəşəri dəyərləri hər zaman mühüm amil kimi nəzərə alıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynaya bilər və bu kimi təmasların qurulmasına hazırda daha çox ehtiyac var.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, inkişaf etməkdə olan və yoxsulluqdan, iqtisadi sıxıntılardan əziyyət çəkən ölkələrə yardım edilməsi getdikcə daha çox aktuallıq kəsb edir:

“Buna nail olmağın yollarından biri də beynəlxalq platformalar çərçivəsində dialoqun aparılmasından, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən keçir. Cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçıları arasında aparılan müzakirələr də bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilməlidir".

K.Qafarov bildirib ki, Azərbaycan ilə Somali arasında imzalanmış sənədlər bu ölkənin mövcud potensialının iqtisadi inkişafa yönəldilməsinə xidmət edəcək:

“İlk növbədə, Prezidentimiz öz bəyanatında birmənalı şəkildə bildirdi ki, imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəni aydın şəkildə nümayiş etdirir. Bakıdakı razılaşmalar iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. Cənab Prezident qeyd etdi ki, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Eyni zamanda da vurğulandı ki, Somalinin kənd təsərrüfatında böyük potensialı və Azərbaycanın özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəfləri olduğu nəzərə alınaraq, bu sahədə də kifayət qədər nəzərəçarpan əməkdaşlıq qurula bilər”.

Tarix
2025.02.15 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla