Yuxarı

Serbiya ilə strateji tərəfdaşlıq genişlənəcək - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya ilə strateji tərəfdaşlıq genişlənəcək - Bayramov

Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə iki ölkə arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya prezidentlərinin rəhbərliyi ilə ölkələr arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.

Tarix
2025.02.16 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla