Yuxarı

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Rusiya ilə Amerika arasında münasibətlər qismən də olsa bərpa olunsa, müsbət tendensiya yaransa, o zaman bunun Cənubi Qafqaz elitasının əhval-ruhiyyəsinə təsir edəcəyi aydındır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Andrey Bıstritski deyib.

“Tramp Cənubi Qafqazda heç kimin tərəfində olmayacaq. Eyni zamanda, qərbi avropalıların regionda fəallığı artacaq və artıq artmaqdadır. Regiondaxili münasibətlərin konfiqurasiyasından danışırıqsa, onda burada hər bir ölkə öz maraqları haqqında daha çox düşünməli olacaq. Cənubi Qafqazın bütün dövlətləri öz siyasətlərinə görə çox fərqlidir. Ermənistandan danışırıqsa, o zaman Baydenin dövründə də onun dəstəyi realdan daha simvolik idi. Paşinyan faktorunu izah etmək mənim üçün çətindir, amma bu, tibbi faktdır. O, davamlı və çox israrla siyasi ritorika səsləndirir, hansı ki, orada arzuladığını reallıq kimi qəbul edir. Baydendən Ermənistana real dəstək olmadı. Eləcə də Avropa tərəfdən. Bu, mistika idi. İndi Trampın dövründə bu mistika da azalacaq, dəstək isə daha da azalacaq.

Gürcüstan son vaxtlar çox müstəqil hərəkət edir. Gürcüstan hakimiyyəti əhalini öz ətrafında birləşdirə bildi. Azərbaycan müstəqil, özünü təmin edən ölkədir, başqasına deyil, konkret olaraq Azərbaycan Respublikasına lazım olan suveren qərarlar qəbul etmək üçün kifayət qədər güclənmiş bir dövlətdir. Bu və ya digər ölkənin milli elitası möhkəmlənibsə və dövlətin nəyə ehtiyacı olduğunu bilirsə, onda müxtəlif geosiyasi çəkişmələr ölkəyə təsir etmir”, - o bildirib.

Politoloq qeyd edib ki, Cənubi Qafqazda ABŞ-da bu və ya digər administrasiyanın hakimiyyətdə olmasının əhəmiyyətini şişirtməyə ehtiyac yoxdur:

“Hətta Trampın belə sözləri ilə hərəkətləri arasında böyük fərq var. Bəli, ABŞ-ın Demokratlar administrasiyası Cənubi Qafqazda Respublikaçılardan daha fəal idi. Tramp administrasiyası heç bir münaqişənin tərəfi olmaq istəmədiyini və diqqətini Amerikanın daxili işlərinə yönəltmək niyyətində olduğunu vurğulayıb”.

Tarix
2025.03.08 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakıda QH Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı

Bayramov Pier-İv Fuksu qəbul etdi

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla