Yuxarı

Erməni lobbisi aktivləşdi: 60 konqresmen Bakıya qarşı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni lobbisi aktivləşdi: 60 konqresmen Bakıya qarşı...

ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk Pallone, respublikaçı Maykl Lavlerin də daxil olduğu qrup Amerikadan Azərbaycana tətbiq edilən 907-ci düzəlişin gücləndirilməsini tələb edir.

Axar.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, konqresmenlər erməni yalan təbliğatını təkrarlayıblar:

“Azərbaycanı “etnik təmizləmə” yolu ilə 120 min erməni xristianı Qarabağdan qovmaqda, Ermənistanın suveren ərazisini işğal etməkdə, erməni əsirləri qeyri-qanuni saxlamaqda və s. suçlayırlar.

Frenk Pallone 1988-ci ildən Nümayəndələr Palatasının üzvüdür. Yəni o, az qala 40 ildir ki, Nümayəndələr Palatasında oturur. Ancaq bu illər ərzində bir dəfə də olsun işğalçı ermənilərin əleyhinə bir kəlmə söz deməyib.

Pallone 2024-cü ilin noyabrında COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı da ermənilərə dəstək nümayiş etdirdi. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərinə həmişə dəstək verib və azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti həyata keçirib.

Xatırladım ki, 2001-ci ildə dondurulmuş 907-ci düzəliş məhz demokrat Co Bayden dönəmində - 2023-cü ildə yenidən qüvvəyə mindi.

Hazırda İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-dakı yəhudi lobbisi 907-ci düzəlişin aradan qaldırılması uğrunda mübarizə aparır. 50-dən çox ravvinin D.Trampa müraciəti də bu məsələ ilə bağlıdır.

Gördüyünüz kimi, yəhudi lobbisinin hərəkətə keçməsindən narahat olan erməni lobbisi prosesin qarşısını almağa çalışır. Bu müraciət elə bu narahatlığın ifadəsidir”.

Tarix
2025.03.28 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla