Yuxarı

Tehrandan Bakıya qarşı “şübhə”: İran nəyi “izləmək” istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehrandan Bakıya qarşı “şübhə”: İran nəyi “izləmək” istəyir?

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai iyunun 30-da keçirdiyi brifinqdə jurnalistin ona ünvanladığı “İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edibmi?” təxribatçı sualına cavab olaraq deyib ki, istisnasız olaraq bütün qonşu ölkələr Tehranı əmin ediblər ki, “sionist rejimin” İrana qarşı hücumları üçün öz məkan və ərazilərindən sui-istifadə etməsinə imkan verməyəcəklər. İranlı diplomatın “mən burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız bütün məsələlər müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib” cümləsində “qaldırdığımız bütün məsələlər” ifadəsi diqqəti cəlb edir. “Qaldırdıqları bütün məsələlər” sanki o deməkdir ki, Tehranın Azərbaycanla bağlı “şübhələri” gündəmdədir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, görünür, Azərbaycan rəsmilərinin, diplomatlarının və ekspertlərinin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməcəyinə dair qətiyyətli açıqlamaları Tehran üçün kifayət deyil:

“İsmayıl Bəqainin “İran Silahlı Qüvvələri, təhlükəsizlik və hərbi qurumlar hər bir hadisəni mütləq diqqətlə izləyəcək və məlumatlar paylaşacaq” cümləsi də buna işarədir. Maraqlıdır ki, Tehran və Kreml Azərbaycana qarşı təxribatçı siyasətlərinə sinxron şəkildə başlayıblar. Bəlkə bununla bağlı ikili arasında razılaşma var?”

Tarix
2025.06.30 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla