Yuxarı

Teatrların Yeni il proqramları - Siyahı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az bayram günlərində keçiriləcək tamaşa və tədbirlərin siyahısını təqdim edir:

Abdulla Şaiq adına Kukla Teatrının bayram repertuarına “Qar kraliçasının Yeni il sərgüzəştləri” adlı tamaşa daxil edilib. Tamaşa 26-31 dekabr tarixlərində hər gün 4 seans olmaqla - 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş ediləcək.

“Cırtdan şou”nun bayram münasibətilə “Şaxta babanın sirri” adlı ailəvi meqaşou ərsəyə gətirib. Şou sabahdan başlayaraq 4 yanvaradək həftə içi Bakı Konqres Mərkəzində gündəlik 3 seans olmaqla - 12:00, 15:00, 18:00-da keçiriləcək. Biletlərin qiyməti 6-36 manat arası dəyişir.

Bakı Dövlət Sirki isə bayram günlərində “Güzgülər dünyası” adlı proqram təşkil edib. Şou sirk kateqoriyasıda OSKAR mükafatına layiq görülmüş ilk azərbaycanlı Allahverdi İsrafilovun təşkilatçılığı ilə hazırlanıb. Dekabrın 17-də start götürən şou yanvarın 8-nə kimi davam edəcək. Proqramda hava gimnastlarının çıxışı, klounlarların yumor dolu jestləri, balet şousu, transformasiya illüziyası kimi nömrələr nümayiş olunacaq. Biletlərin qiyməti 11-27 manat arası dəyişir.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası 23 və 25 dekabr tarixlərində “Sirli sandıq” adlı bayram konsert təqdim edəcək. Saat 18:00-da keçiriləcək proqramın biletlərinin qiyməti 10 manat təşkil edir.

Akademik Rus Dram Teatrı isə bu il “Şaxta baba və onun dostlarının Yeni il tətilləri” adlı musiqili tamaşa hazırlayıb. Tamaşa dekabrın 18-dən start götürüb və 24-25-i də təqdim ediləcək. Biletlərin qiyməti 5-30 manat arası dəyişir.

Akademik Milli Dram Teatrının Yeni illə bağlı şənlikləri 24 dekabrdan başlayacaq və 31 dekabradək davam edəcək. Biletin qiyməti 9 manatdır.

Heydər Əliyev Sarayı da bu günlərdə uşaqlar üçün rus və Azərbaycan dilində xüsusi proqram hazırlayıb. Azərbaycan dilində təşkil edilmiş şənlik yanvarın 2, 3 və 4-də keçiriləcək. Gündəlik 2 seans olmaqla 12:00, 15:00-da olacaq. Biletlərin qiyməti 6-25 manat arası dəyişir.

Rus dilində nümayiş olunacaq “Soyuq ürək” adlı digər proqram isə 25 dekabrda keçiriləcək. Biletlərin qiyməti 10-55 manat arası dəyişir.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı da uşaqlar üçün bayram münasibətilə rus və Azərbaycan dilində müxtəlif tamaşalar və balet səhnələşdirib. “Şelkunçik” baleti 23 və 26 dekabr tarixlərində saat 19:00-da keçiriləcək. Biletlərin qiyməti 10-20 manat arası dəyişir.

Rus dilində keçiriləcək "Minyonlar Yeni ili xilas edir" proqramı isə 30, 31 dekabr, 1-3 yanvar tarixlərində baş tutacaq. Proqramın seansları 30 dekabr 15:00-da, digər günlərdə isə 13:00 və 15:00-da olacaq. Biletlərin qiyməti isə 10-15 manat arası dəyişir.

Şuşa Dövlət Musiqili Dram Teatrı “Qırmızı Papaq və Şaxta Babanın Yeni il sərgüzəştləri” adlı tamaşa səhnələşdirib. Səhnə əsəri 24-27, 29 dekabr, 2-3 yanvarda nümayiş olunacaq. Biletlərin qiyməti 10 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 27 dekabrdan - 4 yanvar tarixinədək "Yeni il şənliyi” keçiriləcək. Şənlik gündə dörd seans olmaqla -​ saat 10:30, 12:30, 14:30 və 16:30-da baş tutacaq. Biletlərin qiyməti isə 5-7 manat arası dəyişir.

Qeyd edək ki, sözügedən tamaşa və tədbirlərin biletlərini iticket.az saytından və teatrların kassalarından əldə etmək olar.

Tarix
2022.12.24 / 08:30
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla