Yuxarı

Böyük aktyor son nəfəsində şairə nə demişdi?

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük aktyor son nəfəsində şairə nə demişdi?

Bu gün Azərbaycan kinosunun unudulmaz simalarından olan Lütfəli Abdullayevin anım günüdür.

Axar.az xatırladır ki, Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki şəhərində anadan olub. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak edib. 1956-cı ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb.

Aktyor teatrın aparıcı sənətkarı kimi, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarda çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar:

1. Klassik operettalarda oynadığı rollar

2. Tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri

3. Çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

"Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov), "İmportnı" yaxud "Zırrama" kimi filmlərdə yaddaşlara həkk olunan obrazlar yaradan Lütfəli Abdullayev qızlarına onun sənətini davam etdirərlərsə, qəbirdən qalxıb onları öldürəcəyini deyib. Buna görə də qızı Gülnarə rejissor, Xurşud isə Azərbaycanda ilk klavişin ifaçısı olub.

Görkəmli aktyor ölümündən bir neçə saat əvvəl aktyor dostlarına zəng vurub vidalaşıb, həmyerlisi, xalq şairi Bəxtiyar Vahabzadə ilə də yarızarafat, yarıciddi söhbətləşib:

- Bəxtiyar, ölürəm, gedirəm o dünyaya, dədənə sözün varsa, de.

- Gedirsənsə, dədəmə de ki, mənə nə çatacaqsa, sənə versin.

- Yox e, verməz, tanıyıram, sənin dədən simicin biridir. Elə bilər ki, mən sənə çatdırmayacağam.

Xalq artisti, ölməz sənətkar Lütfəli Abdullayev 1973-cü il 9 dekabr tarixində Bakı şəhərində vəfat edib.

Tarix
2015.12.09 / 13:22
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

Prezident Mayk Sisiliya ilə görüşdü

Münhendə sülh prosesi müzakirə edildi

Bu pul Azərbaycanla yarı bölünəcək - Paşinyan

Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı

İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla