Yuxarı

Lənkəran teatrı Fəcr Festivalına dəvət olundu

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəran teatrı Fəcr Festivalına dəvət olundu

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının paytaxtında keçiriləcək 34-cü Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub.

Axar.az xəbər verir ki, İran Dram Sənətləri Baş İdarəsinin baş direktoru Mehdi Şəfii festivalda iştirak etməkdən ötrü dəvət məktubu göndərib.

Teatrdan verilən məlumata görə, festivalda ölkəmizi "İlan Sultan" tamaşası təmsil edəcək:

"34-cü Fəcr Beynəlxalq Teatr Festivalı 2016-cı il yanvarın 5-dən 20-nə kimi Tehran şəhərində keçiriləcək. Bu nüfuzlu sənət yarışmasına bizim teatr İran yazçısı Bəhram Bizayinin "İlan Sultan" tamaşası ilə qatılacaq. Dekabrın ortalarında premyerası keçirilən bu səhnə əsərini iranlı rejissor Xeyrullah Təğiyanipur tamaşaya hazırlayıb".

Tarix
2016.01.05 / 17:19
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla