Yuxarı

AMEA bu binanı sökməyə razı olmadı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA bu binanı sökməyə razı olmadı

Bakı şəhərinin baş planına uyğun olaraq Yasamal rayonu ərazisində aparılan söküntü və abadlıq işləri tarixi binalardan da yan keçməyib. Bu binalardan biri də Azərbaycan Dövlət YUĞ teatrının yerləşdiyi tarixi-memorial tikilidir. Qeyd edək ki, bina XVIII əsrə aiddir və bura o vaxtlar hamam olub.

Mədəniyyət və Turizm Nazirliyinin YUĞ a dəstəyindən sonra söküntü işləri teatrın fəaliyyətinə zərbə vurmadı. Hazırda teatr üçün yeni məkan axtarılır. Lakin məsələnin bir tərəfi teatr idisə, o biri tərəfi də binanın çox gərəkli memorial abidə olmasıdır.

Moderator.az-a verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Memarlıq İnstitutunun Tarixi Abidələri Qoruma şöbəsi binanın sökülməsinə qol çəkməyib.

Qeyd edək ki, şəhərsalma prosesində adı çəkilən institutun rəyi mütləq alınmalıdır. Lakin elmi qurum tikilinin gərəkli memarlıq abidəsi olmasını nəzərə alaraq buna etiraz edib.

İstirahət günü olması səbəbindən məsələni dəqiqləşdirmək üçün Tarixi Abidələri Qoruma şöbəsi ilə əlaqə saxlaya bilmədik.

Tarix
2016.01.16 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla