Yuxarı

Nazir müavini YUĞ-çularla görüşdü

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini YUĞ-çularla görüşdü

Azərbaycan Dövlət Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "YUĞ" Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, toplantı zamanı nazir müavini Ə.Vəliyev teatrın binasından köçürülməsi məsələsinin mahiyyətini bütün təfsilatı ilə kollektiv üzvlərinə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən suallara cavab verib.

YUĞ Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcək. Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli Qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M.A.Əliyev küçəsi (sağ və sol) və M. F. Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanılıb. Azərbaycan Dövlət YUĞ Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınıb. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevral ayının 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilib.

Tarix
2016.02.04 / 11:11
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla