Yuxarı

Almaz Ələsgərli evinə qayıtdı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaz Ələsgərli evinə qayıtdı

Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb.

Teatrdan Axar.az-a verilən məlumata görə, bu yaxınlarda Almaz Ələsgərlinin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq. Məsələ ilə bağlı danışan Almaz Ələsgərli yenidən Musiqili Teatra qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

"İlk dəfə 1985-ci ildə, tələbə ikən məhz burada - Musiqili Teatrda səhnəyə çıxmışam. Bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında olub. Elə bilirdim, həyatımda nəsə çatmır. Qərar verdim ki, yenidən bu şöhrətli kollektivə qayıdım. Xeyirxah insan, əvəzsiz dost kimi tanıdığım Əliqismət müəllimə müraciət etdim. Sağ olsun, məni qəbul etdi, dinlədi və Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərməyim üçün şərait yaratdı. Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Burada çox gözəl yaradıcı mühit, səmimi, işgüzar kollektiv var. Yaxın zamanlarda hazırladığımız tamaşanın premyerası olacaq".

Tarix
2016.04.13 / 15:28
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla